Şəfəqə Doğru » Gündəm » Ermənistan belə çökdürüləcək – Ramiz Mehdiyev

Ermənistan belə çökdürüləcək – Ramiz Mehdiyev

Ermənistan belə çökdürüləcək – Ramiz Mehdiyev

2016-cı ilin aprel döyüşləri göstərdi ki, Ali Baş Komandandan sıravi ölkə vətəndaşlarınadək hər bir kəs ən son anda hərbi güc tətbiq etməklə torpaqlarımızın erməni işğalından azad edilməsinə hazırdır. Bu döyüşlər xalqımızda mübarizlik və vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu bir daha təsdiq etdi.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsindəndir. O, yazısında bildirib ki, Azərbaycan Ermənistanı təkcə hərb yolu ilə deyil, iqtisadi yolla da öz işğalçı mövqeyindən çəkindirəcək:
"Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etmək üçün istənilən vaxt hərbi gücdən istifadə ediləcəyini bildirir. O, həm də Ermənistanı işğalçı mövqedən çəkindirmək üçün iqtisadi təzyiq üsullarından geniş istifadə edilməsi fikirlərini də səsləndirir. Bu, o deməkdir ki, Dağlıq Qarabağ probleminin həllində hərbi güclə yanaşı, iqtisadi gücdən, iqtisadi diplomatiyanın imkanlarından bundan sonra da maksimum istifadə ediləcəkdir.
Milli iqtisadiyyatımızın inkişafı və dövlətin maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazası da möhkəmləndirilir, hərbi xərclərimiz ilbəil artır. Ali Baş Komandan ordu potensialımızın gücləndirilməsini suveren hüququmuz olaraq dəyərləndirir və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək naminə bu hüquqdan istifadə ediləcəyini açıq şəkildə bəyan edir.
İqtisadi müharibədə Azərbaycanın mövqeyinin getdikcə güclənməsini nəzərə alaraq, onun daha sərt və sistemli bir şəkildə davam etdirilməsini zəruri hesab edirik. Artıq dünyada əks mövqedə dayanan ölkələr bir-birlərini silahla deyil, əsasən iqtisadi vasitələrlə zəiflətməyə üstünlük verirlər”.
Qeyd edək ki, məqalənin tam mətnini Azərbaycan Dövlət İnformasiya Agentliyindən (Azərtac) oxuya bilərsiniz.

axar.az