Prezident İlham Əliyev Artur-Rasi-zadənin postuna köməkçisi Novruz Məmmədovun namizədliyini irəli sürüb.
Mia.az saytı bidirir ki, onun bu gün Milli Məclisdə namizədliyi müzakirəyə çıxarıləb və təsdiq edilib
Bəs, yeni Baş nazir kimdir? O, harada doğulub, əmək fəaliyyətinə hansı sahələrdən başlayıb?
Novruz Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan MR-in Babək rayonunun Şıxmahmud kəndində anadan olub.
1964-cü
ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji
Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə
daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən
Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə
Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş
tərcüməçi işləyib.
Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
Novruz
Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili
fakültələrinin dekanı vəzifəsində işləmişdir.
12
aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev
tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici
Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov
1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi
olmuşdur.
1997-ci ilin aprel ayında Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdiri təyin edilmişdir.
2002-ci ilin
yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona
Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.
Novruz
Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin
möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak
tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif
edilmişdir.
2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.
Novruz
Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
2009-cu
ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa
münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri
Legion Ordeni ilə təltif olunmuşdur.
13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.
İşlədiyi
müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə
səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda
Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və
çoxtərəfli danışıqlarda iştirak etmişdir.
Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı və nəvələri var.