Şəfəqə Doğru » Gündəm » Ankara yaxınlığında ardıcıl iki zəlzələ baş verib

Ankara yaxınlığında ardıcıl iki zəlzələ baş verib

Ankara yaxınlığında ardıcıl iki zəlzələ baş verib
Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib.



APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.



Yerli vaxtla saat 05:32-də qeydə alınan yeraltı təkanların episentri Ankaradan 145 km şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.



Eyni ərazidə 2 dəqiqə əvvəl 3,8 maqnitudalı təkan qeydə alınıb.



Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.