Şəfəqə Doğru » Gündəm » Türkiyə səfirini geri çağırdı -

Türkiyə səfirini geri çağırdı -

Türkiyə səfirini geri çağırdı -
Türkiyənin Vaşinqtondakı səfirini Ankaraya geri çağırması münasibətlərimizə təsir göstərməyəcək.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.
"Türkiyənin səfirini geri çağırdığının fərqindəyik və Türkiyənin bunu etməyə haqqı var. Ancaq bunu bizim türk hökuməti ilə münasibətlərimizə təsir edəcək bir vəziyyət olaraq görmürük. Türkiyə önəmli bir NATO müttəfiqimiz olaraq qalmağa davam edir və türk hökuməti ilə gələcəkdəki danışıqları səbirsizliklə gözləyirik”, – Noyert bildirib.
Xatırladaq ki, Türkiyə ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra bu ölkədəki səfiri Sərdar Kılıçı məsləhətləşmələr üçün Ankaraya çağırmışdı.