Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.
TASS xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
M.Boçarnikov 2006-cı ildən 2018-ci ilin fevralın 7-dək Rusiyanın Qazaxıstandakı səfiri olub.
Qeyd edək ki, 2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib/Report.