Şəfəqə Doğru » Gündəm » Generalın qardaşı saxlanıldı – Göyçayda körpünün uçmasına görə

Generalın qardaşı saxlanıldı – Göyçayda körpünün uçmasına görə

Generalın qardaşı saxlanıldı – Göyçayda körpünün uçmasına görə

Xəbər verdiyimiz kimi iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Shafaqadogru.com  xəbər verir ki, unikal.org- un əldə etdiyi məlumata görə saxlanılan şəxs Nəciməddin Əliyevin kimliyi məlum olub.

Belə ki, N. Əliyev DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis generalı Ərziman Əliyevin qardaşıdır.

Xatırladaq ki, iyunun 2-də Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub. Güclü sel ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.

Bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.