Şəmkirdə göldə batan 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. APA-nın
qərb bürosunun xəbərinə görə, ölən şəxslər Göygöl və Daşkəsən rayon
sakinləri Tağıyev Adil Valeh oğlu, onun həyat yoldaşı Əhmədova Məhəbbət
Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və onun həyat
yoldaşı 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır. Məlumata
görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar
yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək
istəyərkən onlar da batıb.
Qeyd edək ki, göldə batan şəxslər həmin ərazidə çobanlıqla məşğul olublar.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.