APA-ya istinadən yayılan xəbərdə deyilir ki, hadisə ötən gecə rayonun
Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır
bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını
dəyişib. Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən
öldürüldüyü bildirilir.
Məlumata görə, C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan
İsmayıllıya gəlin gəlib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki,
məlum deyil.
Faktla bağlı araşdırma aparılır.