Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanla görüşüb.
Shafaqadogru.com yerli mətbuata istinadən bildirir ki, görüş Petrosyanın təşəbbüsüylə baş tutub.
Hökumətdən verilən xəbərə görə, birinci prezident Ermənistanın qarşısında duran vəzifələrin icrasıyla bağlı öz mövqeyini Paşinyanın diqqətinə çatdırıb.
Daxili siyasət və Qarabağ münaqişəsinin həlli ətrafında da fikir mübadiləsi aparılıb.