Şəfəqə Doğru » Gündəm » Əfqanıstana gözlənilməz hücum: Rusiya, yoxsa Tacikistan?

Əfqanıstana gözlənilməz hücum: Rusiya, yoxsa Tacikistan?

Əfqanıstana gözlənilməz hücum: Rusiya, yoxsa Tacikistan?

Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən Takhar əyalətinə aviasiya zərbələri endirilib.

Shafaqadogru.com xəbər verir ki, bu barədə "Röyter” informasiya yayıb.

Əfqan rəsmilər hücumu rus və ya tacik aviasiyasının həyata keçirdiyini qeyd ediblər. Əməliyyat nəticəsində 8 Taliban yaraqlısı öldürülüb.

Qeyd edək ki, bir qədər əvvəl Əfqanıstan-Tacikistan sərhədində baş verən qanlı hadisə zamanı 2 tacik vətəndaş öldürülmüşdü.