Şəfəqə Doğru » Gündəm » Qazaxda Rüfət Bədəlovun “çörək əməliyyatı”

Qazaxda Rüfət Bədəlovun “çörək əməliyyatı”

Qazaxda Rüfət Bədəlovun “çörək  əməliyyatı”


 

 Çörəyin başına min bir oyun açan "Bəyaz-Bərəkət” çörək sexinin sahibi Rüfət Bədəlovun əməllərinin nə üçün gizli saxlanılması da hələ ki sual altındadı. Bu obyekt ona rəhmətlik atası Cahangir Bədəlovdan qalsa da, Rüfət Bədəlov həmin obyekti atası kimi işlədə bilmir. Dövlətin deyil, öz qanunlarını əsas götürür. Hazırda adı çörək zavodu kimi adlanan müəssisədə anti – sanitariya hökm sürür. Halal bərəkət zibilli avtomobillərə necə gəldi atılır,  sanitar-gigiyena qaydalarına əməl edilmir. 

 Orada zəhmət çəkib alın təri tökənlərin əməyi gözgörəsi istismar edilir. İşçilərlə əmək müqaviləsi yerində deyil. Bu da küllü miqdarda cərimə deməkdir. Təəssüflər olsun ki, aidiyyəti orqanlar bununla maraqlanmır, haqq-hesablarını elə çörək zavodunun giriş hissəsindəcə alıb gedirlər. Belə deyilsə, onlar nə üçün bu özbaşınalığa son qoymayırlar?

   qanunvericilikdə nəzərdə tutulmayıb. Zavodda vergidən yayınma halları açıqca hiss olunur. Halbu ki, dövlət özünü qeyri-neft sektoru ilə yaşamağa uyğunlaşdırdığı halda Rüfət Bədəlov kimi insanlar vergidən yayınmaqla birbaşa cəmiyyətə ziyan vururlar.

 Zavodda böyük tikintilərə də start verilib. Görünür, Rüfət Bədəlovun zavodu "Bakıdakı çörək zavodununu gətirdiyi gəlir” dən də çox gəlir verir. Bu da ağıla batan deyil. Demək bunun bir yolu var ki, Bədəlov  Qazax sakinlərinə deyil, özünə oğurluq yolu ilə gözəl şərait yaradır.

 Onu da bildiririk ki, Rüfət Bədəlovun istehsal etdiyi çörəyin çəkisi də yerində deyil. Bu adam açıqca standarta uyğun çörək deyil, bublik istehsal edir.

 P.S.Rüfət Bədəlovun işində yol verdiyi ciddi nöqsanların araşdırılması və təcili tədbir görülməsi haqqında yuaxrı orqanlara da rəsmi məlumat verilib. Yəqin ki, tezliklə hər şey öz qaydasına düşər.

  Mövzuya qayıdacağıq.

  Qarşı tərəfin fikrini dinləməyə və dərc etməyə hazırıq.

                                                                                                                   Neymət Novruzov