ABŞ-ın etirazlarına baxmayaraq, dünən Rusiya qırıcıları 22 günlük fasilədən sonra İdlibə hava zərbələri endirdi. Bu gün isə Suriya ordusu İdlibə top zərbələri endirməyə başlayıb.
Shafaqadogru.com -un Türkiyə KİV-ə istinadən xəbərinə görə,Suriya İnsan Haqları Evi muxaliflərin olduğu İdlibə mərmilər düşdüyünü açıqlayıb. Dağıntılar olsa da, hələlik canlı itkilər barədə məlumat verilməyib.