Şəfəqə Doğru » Gündəm » Ağstafada iki maskalı şəxs avtomatla evə hücum etdi, biri yaxalandı

Ağstafada iki maskalı şəxs avtomatla evə hücum etdi, biri yaxalandı

Ağstafada iki maskalı şəxs avtomatla evə hücum etdi, biri yaxalandı
Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib.

Shafaqadogru.com  xəbərinə görə, ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər.

Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib.

Digər şəxs isə hadisə yerindən qaçıb.

Araşdırma zamanı ev sahibinin zərərizləşdirdiyi şəxsin 1962-ci il təvəllüdlü Ceyhun Novruzov olduğu məlum olub.

Qaçan digər maskalı şəxsin axtarışları davam etdirilir.