Şəfəqə Doğru » Gündəm » Gürcüstünda azərbaycanlı uşaqlar təhsilə başladı - FOTO +

Gürcüstünda azərbaycanlı uşaqlar təhsilə başladı - FOTO +

Gürcüstünda azərbaycanlı uşaqlar təhsilə başladı - FOTO +

Gürcüstanın ictimai məktəblərində yeni tədris ilinə start verildi.

Shafaqadogru.com xəbər verir ki, bilik gününü qeyd etmək üçün Marneuli bələdiyyə məktəblərində səhər saatlarından bayram tədbirləri keçirildi.

Yeni tədris ilinin başlaması münasibəti ilə məktəbliləri və pedaqoqları təbrik etmək məqsədi ilə Gürcüstan Parlamentinin üzvü Ruslan Hacıyev, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, müavini Zaur Darğallı, Marneuli bələdiyyəsinin mer vəzifəsini icra edən Zaur Tabatadze, , Sakrebulonun sədri Amiran Qiorqadze, merin müavini Laşa Lobcanidze, Sakrebulo sədr müavini Mamuka Naveriani, Təhsil Ehtiyat Mərkəzinin rəhbəri Kənan Ömərov Təzəkənd, Birinci Kosalı, Qaçağan, Sereteli, Mirzovka, Marneuli şəhər 2 saylı məktəbə qonaq oldular.
Hakimiyyət nümayəndələri ilə birlikdə Mirzovka məktəbində keçirilən tədbirə Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyanda qatıldı.
Mərkəzi və yerli hakimiyyət nümayəndələri tədris ilinin başlanması münasibəti ilə valideynləri, şagirdləri və müəllimləri təbrik edərək, uğurlar və zehin açıqlığı dilədilər.
Məktəblərə baş çəkən qinaqlar bələdiyyə miqyasında yeni istifadəyə verilən məktəb binalarının infrastrukturası ilə də maraqlandılar.  Və tədbirlərin sonunda təntənəli şəkildə birinci siniflərə noutbuklar təqdim etdilər.