Şəfəqə Doğru » Gündəm » Aşura gününün sirləri - ELMİ-LƏDUN

Aşura gününün sirləri - ELMİ-LƏDUN

Aşura gününün sirləri - ELMİ-LƏDUN



 
<iframe width="562" height="141" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_3" name="aswift_3" style="left: 0px; position: absolute; top: 0px; width: 562px; height: 141px;"></iframe>Məhərrəm ayının 10-cu (Aaşura) günü hikmətli bir gündür. "Aşura” sözünün ərəbcədən tərcüməsi "onuncu gün” deməkdir. Hicri-Qəməri təqviminin başlanğıc ayı olan Məhərrəmin 10-cu gününə Aşura deyilir.Bəzi tarixi mənbələrdə bu günə Aşura deyilməsinin səbəbi kimi, həmin gün Allah-təalanın 10 peyğəmbərin duasını qəbul edib, onları dardan qurtarması ilə bağlayırlar.  Belə ki, Bu tarix on peyğəmbərin (Cəmi peyğəmbərlərə Salam olsun!) həyatından qırmızı xətlə keçir:1. Bu tarixdə Allah-təala Adəm Peyğəmbərin tövbəsini qəbul edib, onu həyat yoldaşı Həvva ilə birləşdirdi.2. Nuhun tufanı da  Məhərrəm ayının 10-cu günü ilə bağlanır. Belə ki, uzun müddət sular üzərində qalan gəmidə ərzaq ehtiyyatı tamam tükəndikdə, Nuh Peyğəmbər başda olmaqla gəmidə olanlar çox dualar edəndən sonra, nəhayət, Məhərrəm ayının 10-cu günü Allah-təala suyun çəkilməsinə və gəminin quruya (dağın başına) enməsinə qərar verdi.  3. Aşura günündə həmçinin, Rəbbim uzun müddət yataq xəstəsi olan Əyyub əleyhissəlamın  duasını qəbul buyurub, ona şəfa bəxş etdi.4. Məhərrəm ayının 10-cu günündə Allah-təala Musa Peyğəmbərin duasını qəbul buyurub onun qövmünü Fironun zülmündən xilas etdi (qövmü tövbə etdikdən və qızılı rəngdə düyəni qurban kəsdikdən sonra). Həmin gün baş verən möcüzə nəticəsində Firon ordusu ilə birlikdə dəryaya qərq oldu.5. Həzrəti Yunis balığın qarnından Aşurə günü qurtuldu (tövbə etdikdən sonra). Burada diqqət çəkən digər məqam odur ki, "Yunis” surəsi "Quran”ın 10-cu surəsidir ki, bu da Aşurəyə daha bir işarədir.6. Həzrəti Yfusif quyudan Məhərrəm ayının 10-cu günündə xilas edildi.7. Həzrəti İsa Aşura günü dünyaya gəlmiş, həmin gündə də göyə çəkilmişdi.8. Həzrəti Davudun tövbəsi də Məhərrəmin 10-cu günü qəbul edildi.9. Həzrəti İbrahimin oğlu İsmail Peyğəmbər də Aşura günü doğuldu.10. Oğlu Yusifin həsrətindən gözləri tutulan Yaqub Peyğəmbərin də həyatında Aşura günü önəmli bir gün olmuşdur. Belə ki, bu həzrətin gözləri məhz Məhərrəm ayının 10-cu günü açıldı. Peyğəmbərlərin həyatlarına nəzər saldıqda görürük ki, onlar Məhərrəm ayında (özəlliklə də Aşurə günündə) daha çox ibadətlə məşğul olurdular. Çünkü, bu gün Qədr gecəsindən sonra ibadət və tövbələrin qəbul olduğu önəmli bir gündür. Bu səbəbdən yahudi və xristiyanlar da bu tarixi müqəddəs tuturlar. Tarixi mənbələrdən məlumdur ki, Məhəmməd əleyhissəlsm Mədinəyə hicrət etdikdən sonra oradakı yahudilərin oruc tutduğunu gördü. Səbəbini soruşduqda dedilər ki, Allah bizim əcdadlarımızı bugünkü tarixdə Fironun zülmündən qurtarmışdır. Ona görə Həzrət Musa bu günü həmişə şükranlıq üçün oruc tutarmış. Biz də bu adəti davam etdiririk. Bu vaxt Peyğəmbər əfəndimiz buyurdu ki, biz Musanın sünnəsini davam etdirməyə sizdən daha çox haq sahibiyik. Beləliklə də, Peyğəmbər həmin tarixlərdə oruc tutdu və yaxınlarına da bunu tövsiyyə etdi (bu oruc vacib deyil, sünnə olaraq buyruldu). Fəxri-Kainat Peyğəmbərimizdən sonra Aşura gününündə İslam tarixinə qızıl hərflərlə yazılan daha bir hadisə baş verdi. Belə ki, bu müqəddəs gündə İmam Hüseyn başda olmaqla bir dəstə Haqq aşiqi (Cəmi şəhidlərə Salam olsun!) öz əqidələri uğrunda şəhid oldular və adlarını tarixə yazdılar. Şəhidlik məktəbinin, əqidə məktəbinin əsasını qoydular. Bütün bunları nəzərə alıb, 10 ədədinin üzərində elmi-lədun araşdırma aparaq. Belə ki, "Quran”ın surələrinin sayı olan 114 ədədini 10-a bölsək 14 ədədi alınar. Xatırladım ki, 14 ədədi Quranda  "İbrahim” surəsinin sıra nömrəsidir.Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Araşdırmalarımız göstərir ki,   14 ədədi Allahın Öz adına olan "Rəhimli Allah” surəsinə bağlanır və "Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq: "Rəhimli Allah” surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi "Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi 41 surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır).Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir ("Quran”ın cəmi 55 surəsində 41-ci ayə var).Beləliklə,  "Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi "İbrahim” surəsinin nömrəsini  göstərir:55 – 41 = 1414 ədədi   "İbrahim” surəsinin sıra nömrəsi olmaqla yanaşı, onun Peyğəmbərliyinin riyazi sübutudur. Qeyd edək ki, bu düstur həm də Yerdə xeyirlə şər arasında tarazlığı pozanlara (nəmrudların, firoonların prototiplərinə) bir xəbərdarlıq mesajıdır.Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu? Diqqətinizi daha bir maraqlı və hikmətli fakta cəlb edək ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu.Bu hadisəni şərh etmək üçün saraya yığılan kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir. Çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi.Bildiyimiz kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası pozulmuş tarazlığı, sülhü bərpa etməkdən ibarət olur. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud şərlənərək başına yüz cürə oyunlar açılır, bu və ya digər formada zalımların zülmünə məruz qalır… Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür. Son olaraq bir daha qeyd edim ki,  Aşura günü çox mübarək bir gündür.  Rəbbim bu mübarək və müqəddəs gün xatirinə xəstə olan bütün müsəlmanlara şəfa versin!Allah-təala bu müqəddəs və mübarək gün xatirinə zülm-zillət içində Haqq-ədalət deyən bütün müsəlmanları öz haqqına qovuşdursun! Onları zülümdən, zillətdən Öz qüdrəti ilə xilas etsin! Amin. Paşa Yaqub,Psixoterapevt, elmi-lədun bilicisi