Şəfəqə Doğru » Gündəm » Gədəbəy sakinindən 2,5 tona yaxın narkotik bitki aşkarlanıb

Gədəbəy sakinindən 2,5 tona yaxın narkotik bitki aşkarlanıb

Gədəbəy sakinindən 2,5 tona yaxın narkotik bitki aşkarlanıb

 Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Amin Məmmədovun rayonun Slavyanka kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilən 173 ədəd narkotik çətənə bitkisinə bənzər 2249 kiloqram olan kollar, evin yardımçı otaqlarında yarı qurudulmuş halda saxlanılan 97 kiloqram 500 qram və 70 ədəd 3 kiloqramlıq şüşə bankalara yığılan çəkisi 8 kiloqram 400 qram olan qurudulmuş marixuanaya bənzər narkotik vasitə aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.