Şəfəqə Doğru » Gündəm » Paşinyanın qorxduğu məqam: yeni baş nazir seçilə bilər

Paşinyanın qorxduğu məqam: yeni baş nazir seçilə bilər

Paşinyanın qorxduğu məqam: yeni baş nazir seçilə bilər
Kim deyə bilər ki, ''Qarabağ klanı'' yenidən hakimiyyəti ələ almayacaq və etirazçıları gülləbaran etməyəcək?! Axı onlar bunu 2008-ci ildə heç çəkinmədən etdilər.

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlament önündəki mitinqdə etdiyi çıxışında hökumətin rəhbəri kimi siyasi böhranın mövcudluğunu etiraf etdi:

"Bu, onun hökumətinin üzləşdiyi ilk ciddi böhrandır. Artıq hər kəsə məlumdur ki, bir neçə günə Paşinyan vəzifədən istefa verəcək. Ancaq Konstutusiyaya görə, yeni hökumət qurulana qədər vəzifəsini icra edəcək. Bu müddətdə parlament yeni baş naziri seçməlidir. Paşinyanın qorxduğu da planın bu mərhələsidir. İş elə alına bilər ki, müxaliflər razılığa gəlib içlərindən birini baş nazir seçə və həmin baş nazir də tez yeni hökuməti qurub, güc tətbiq etməklə etirazları yatıra bilər. Bir çoxları bunu istisna etsə də, bu, ola biləcək hadisədir”.

Ekspert qeyd edib ki, Paşinyanın orduda nüfuzu yoxdur: "Hazırda orduda siyasilərdən ən nüfuzlu Robert Köçəryandır".

Ekspert vurğulayıb ki, Paşinyan Ermənistanı uçuruma aparır:

"Küçədən çiyinlər üzərində taxta çıxarılan bu odlu-alovlu müxalif jurnalistin islahat keçirmək üçün nə konkret proqramı, nə də lazımi resusları var. Xalqın içərisində populyardır, kütlə qarşısında alovlu nitq söyləyir. Ancaq başında ağlı olan hər kəs yaxşı bilir ki, dövlət populist çıxışlarla idarə olunmur. Konkret proqram və o proqramı həyata keçirmək üçün imkanlar lazımdır”.

Ekspertin sözlərinə görə, Paşinyanın ən böyük problemi Qarabağ olacaq:

"O, Azərbaycanla mübahisəni həll etməyə çalışmağa başlamadan öncə Qarabağdakı ermənilərə mübahisələri həll etməlidir. Çünki bütün aləmə təqdiri-şəyandır ki, Qarabağdakı ermənilər Paşinyanı zərrə qədər də istəmir. Bako Saakyan isə ona qarşı mübarizə üçün diaspordakı bütün dostlarını səfərbər edib. Buna görə də Paşinyan bu böhrandan sağ-salamat çıxıb yerini rahatlada bilsə belə, yenidən başqa böhranla üzləşəcək. Qarabağ separatçıları ilə İrəvan arasındakı o böyük dava qapının ağzındadır”.