Şəfəqə Doğru » Gündəm » Sosial şəbəkə xuliqanları

Sosial şəbəkə xuliqanları

Sosial şəbəkə xuliqanları

Bu yaxın günlərdə Bakupress.az saytında gedən savadsız, səbatsız, məntiqsiz bir yazı nəzərimi cəlb etdi, hətta yazının başlığından belə məlum oldu ki, bu yazını yazan adamın savadsızlığından xəbər verirdi. Yazını axıra qədər oxudum və hətta gizli bir səs yazısının da şahidi oldum. "Qazax rayonunda kimin var-yoxuna söyüldü…” "Azərbaycan əsgəri” qəzetinin baş redaktoru, öncə ziyalı, xalq müəlliməsi kimi yanaşmaqla, eyni zamanda peşə fəaliyyətimlə bağlı araşdırma apardım. Həmin araşdırma zamanı aldığım müsahibəni olduğu kimi sosial şəbəkə oxucularına çatdırmağı özümə borc bildim və oxucular özləri kimin var-yoxuna söymək lazım olduğuna yəqin ki, haqlı olaraq qərar verəcəklər.

Müsahibimiz şəhid Vüqar Süleymanov adına Xanlıqlar kənd peşə məktəbinin direktoru Əhməd Əliyevlə telefon əlaqəsi yaratdıq. Direktor Əhməd Əliyev haqqında qısa bir arayış verək:

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər saldıqda unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə həsr olunur.

Müdriklər demişkən, "Xalq üçün, Vətən üçün yaşanan ömür, əsl insan ömrüdür”. Belə insanların ömrü çətin mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, varlığını Vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, vətənpərvər, təşkilatçı, gözəl ictimaiyyətçi, rəhbərlik etdiyi kollektivdə, eləcə də Qazax rayonunda hörmətli şəxs kimi tanınan Xanlıqlar kəndində yerləşən şəhid V.Süleymanov adına peşə məktəbinin direktoru Əliyev Əhməd Məmməd oğludur.

Əhməd müəllim öz vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin, eyni zamanda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun etimadını doğrulda bilən bir şəxsiyyət, həm də gözəl ailə başçısıdır. Eyni zamanda cəmiyyət üçün vətənpərvər, ali təhsilli övladlar yetişdirib, tərbiyə edib.

Əhməd müəllim müsahibə zamanı Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun haqqında, başçı təyinatından sonra həyata keçirdiyi idarəçilikdən, yerlərdə sosial problemlərin həlli naminə göstərdiyi səylərdən, rayon ərazisində yaşayan şəhid ailələrdən, Qarabağ əlillərinə və onların ailələrinə, aztəminatlı ailələrə bəslədiyi diqqət və qayğıdan, rayonda abadlıq və quruculuq işlərinin yüksək səviyyədə aparılması, vətəndaş sülhünün əldə olunması üçün atdığı müdrik addımlardan böyük ruh yüksəkliyi ilə danışdı. Biz də fürsətdən istifadə edərək yaşadığımız cəmiyyətin bir hissəsi olaraq KİV nümayəndələri ilə saxladığı dost,

səmimi, mehriban münasibəti dəyərləndirib və qiymətləndirərək Rəcəb Babaşova öz təşəkkürümüzü bildiririk.

Qayıdaq əsas məsələyə.

- Əhməd müəllim, Sizinlə telefon əlaqəsi yaradan və səsinizi yazan adamın kimliyi haqqında nə deyə bilərsiniz? - sualına Əhməd müəllimdən belə cavab aldıq.

- Mənimlə telefonda danışan adam, jurnalist kimi tanıdığım, özünü mənə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu kimi təqdim edən Aqil Qaraşov idi. Mənimlə həmişə dost münasibətində olub, çörək kəsmişik, evimin qapısını açmışam ona, evimdə dəfələrlə qonağım olub, jurnalist kimi deyil, dost kimi qəbul etmişəm. Mənimlə çox səmimi dost kimi telefon danışığı etdik. Mən də həmin vaxt əsəbi və yorğun idim, mənimlə qıcıqlandırıcı söhbət zamanı əsəblərimi cilovlaya bilmədim. Mən nə biləydim ki, dost kimi danışıb, sonra qərəzli mövqe tutaraq, gizli olaraq, mənim xəbərim olmadan mənim səsimi yazıb, nakişicəsinə məni arxadan vuracaq.

Əgər jurnalist kimi məni xəbərdar etsəydi ki, səsiniz qeydə alınır, mən səhvə yol verməzdim.

Lakin, Bakupress.az saytında aparıcı xanımın bir vətəndaş tərəfindən informasiya daxil olduğu deyilir. Axı özlərinin dediyi kimi, vətəndaşın kimliyi məlum deyil və həmin vətəndaş Baku press.az saytının rəhbəri Şəfəq xanıma ünvanlanmış rəsmi məktubla müraciət edibmi? Həmin vətəndaş təsdiqlənmiş imza və şəxsiyyətini müəyyən edən sənəd təqdim edibmi? Bu isə KİV haqqında qanuna ziddir.

Əhməd müəllimlə müsahibədən sonra bizim jurnalist araşdırmamızdan məlum oldu ki, bu vətəndaş Xəzər.az portalının rəhbəri Adil Qaraşovdur. Buradan belə bir sual ortaya çıxır: Nə üçün Aqil bəy çörək kəsdiyi və həmişə hörmət gördüyü dostu Əhməd müəllimin səsini giclicə yazaraq, öz saytına deyil, Baku press.az saytına ötürür? Burada o, nə məqsəd güdür?

Sadəcə olaraq, Bakupress.az saytının rəhbəri Şəfəq xanımla əlbir olub özlərinin məkrli, kirli oyunlarını qururlar. Həmin oyunun təşkilatçısı Şəfəq xanım isə vətəndaş tərəfindən onun saytına gizli səs yazısı ilə informasiya daxil olduğunu əlində "silah” tutaraq qarşı tərəfə Əhməd müəllimə zəng edərək xəbərdar edir və bu məsələni neçəyə həll edərik deyərək bazarlığa girmək istəyir. Məndən də yuxarıdakılar var… Onları da razı salmalıyam. Burada xanım nə məqsəd güdür? Bununla görəsən "yuxarıdakılar” var deyə, kimləri nəzərdə tutur bu xanım? Görəsən "yuxarı”dakılar onu çoxmu vadar edirlər ki, o bu addımları atmaq məcburiyyətindədir?

Qayıdaq "dost”, "çörək” kəsmək məsələsinə. Tutduğu vəzifədən, mövqedən asılı olmayaraq kişi-kişi ilə çörək kəsirsə, onun səsini gizli yazıb, saytlara verib ictimailəşdirmək məgər kişilik çərçivəsinə sığırmı?

Hörmətli oxucular, öz mövqeyinizi bildirin. Hə, həm də Aqil bəyin özünü məmurlara necə təqdim etdiyini də ictimaiyyətin nəzərinə çatdırmaq istəyirəm.

Aqil Qaraşovun heç bir ali təhsili yoxdur, ancaq özünü BDU-nin hüquq fakültəsinin məzunu kimi təqdim edir. Görəsən bu yalan təqdimatla hansı rolu oynamaq istəyir.

Bəli, hörmətli oxucular, sizi çox yormaq istəmirəm. Daha ətraflı sizi məlumatlandıracağıq. Hə, az qala yadımdan çıxmışdı, saxtakarlıqla Şəfəq xanım kompüterin F-5 düyməsini basmaqla sayğacda oxucuların sayını artırır, səbr eylə, ay Şəfəq, bu açıqlamadan sonra sənin saytının "reytinqi”ni qalxacaq.

P.S. Onu da qeyd edim ki, mən "Azərbaycan əsgəri” qəzetinin baş redaktoruyam. Yaradıcılığım boyu, haqqın-ədalətin qoruyucusu olmağa çalışmışam. Hə zaman düzün yanında olmuşam, əyriyə qarşı aparılan mübarizənin isə önündə durmuşam.

Tək Əhməd müəllim, deyil, minlərlə belə insanların xalq üçün, vətən üçün göstərdikləri xidmətləri dəyərləndirmək, qiymət vermək bizim borcumuzdur.

Həmişə bir şəxs haqqında yanlış fikrə düşəndə birinci özünün kim olduğunu düşün.

Diqqət! Diqqət!

Bütün məmurların, idarə, müəssisə rəhbərlərinin və mətbuat işçilərinin nəzərinə! Xahiş edirik Aqil Qaraşov və onun kimilərinə qarşı mübarizə aparmaq, onları mətbuatdan yox etmək, yalan təqdimatlarını ifşa etmək lazımdır.

Elyana Dilbazi,

"Azərbaycan əsgəri” qəzetinin

baş redaktoru