Şəfəqə Doğru » Gündəm » "Azərbaycanın Qüds məsələsində verdiyi dəstək bizim üçün çox vacibdir" - Fələstin XİN başçısı

"Azərbaycanın Qüds məsələsində verdiyi dəstək bizim üçün çox vacibdir" - Fələstin XİN başçısı

"Azərbaycanın Qüds məsələsində verdiyi dəstək bizim üçün çox vacibdir" - Fələstin XİN başçısı
"Gələn il Azərbaycan və Fələstin nazirlikləri arasında Komitənin ilk iclasının keçirilməsi planlaşdırırılır".

Shafaqadogru.com "Report"a istinadən xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Bakıda keçirilən Fələstin dövlətinin Asiyadakı səfirlərinin iclasında bildirib.

O deyib ki, görüşün Fələstində keçirilməsi nəzərdə tutulub.

XİN başçısı vurğulayıb ki, Fələstinə üçün Azərbaycanın bütün məsələlərdə, o cümlədən Qüds məsələsində verdiyi dəstək çox vacibdir.

"Fələstinə yardımınız və səyləriniz üçün təşəkkür edirik. Azərbaycan Fələstinə yardım fondlarına 5 milyon dollar ayırıb. Qüds məsələsində Azərbaycanın bizi dəstəkləməsi bizim üçün çox vacibdir. Ölkələrimiz əlaqələri inkişaf etdirir və ümidvarıq ki, bundan sonra onlar daha da möhkəm olacaq. Həmçinin gələn il Fələstində nazirliklərimizin Komitəsinin ilk iclasını keçirməyi planlaşdırırıq", - o diqqətə çatdırıb.