ABŞ Xəzinə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyaları ləğv edib. Bu barədə nazirliyin saytında yer alan açıqlamada bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy da açıqlamasında ABŞ ədliyyə naziri Cef Sessions ilə ABŞ daxili təhlükəsizlik naziri Kirsjten M.Nielsene qarşı sanksiyaların ləğv olunduğunu deyib.
Ekspertlər iki ölkə arasındakı sanksiyaların aradan qaldırılmasının son illərdə gərginləşən münasibətlərə ciddi təsir edəcəyini bildirirlər. Yaxın gələcəkdə ölkələrarası əlaqələrin yaxşılaşacağı ehtimal edilir. Xüsusilə bu günlərdə Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların növbəti mərhələsinin başlandığı bir vaxtda qardaş ölkə ilə bağlı bu qərarın verilməsi Birləşmiş Ştatların bölgədə Türkiyəyə verdiyi önəmini nə qədər mühüm olması ilə izah edilir. ABŞ-ın Türkiyə-Rusiya arasındakı yaxın əlaqələrə kölgə salmaq üçün də belə bir qərar verə biləcəyi vurğulanır.
Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl sanksiyaların qarışıqlı olaraq ləğv edilməsini müsbət qəbul edir: "İki ölkə arasında münaqişələrin olması doğru deyildi. Sanksiyalar aradan qalxsa da, problemlər hələ ki davam edir. Sadəcə olaraq nazirlərə tətbiq edilən sanksiyalar aradan qalxıb. Bölgədə müttəfiq olan iki NATO üzvü ölkəsinin münasibətlərdə krizis yaşaması mənfi hal idi. Bu baxımdan problemin həlli edilməsini hər iki tərəf üçün müsbət qiymətləndirmək lazımdır. Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq cəhdi Amerikanın İrana qarşı yürütdüyü siyasətdən qaynaqlanır. Diqqət edirsinizsə, Amerika bölgə ilə bağlı çox həssas davranır. Çünki Türkiyə kimi böyük bir ölkə İrana qarşı sanksiyalara dəstək verməsəydi, dolayısı ilə Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının heç bir əhəmiyyəti olmayacaqdı. Ona görə eyni anda bölgə dövlətləri, bütün cəbhələrlə münasibətləri pozmaq ABŞ-a heç bir halda sərf etmir. Amerika əksinə münasibətləri yaxşılaşdırmaqla gücünü daha da artırmaq istəyir. Mən hər zaman problemlərin həllinə ümidlə baxan bir mütəxəssisəm. Dövlətlər problemləri həll etmək üçün hər zaman məcburiyyət qarşısında qalıblar. Türkiyə ilə Amerikanın arasındakı bütün problemlərin aradan qaldırıldığını demək doğru deyil. Problemlər hələ də davam edir. Sadəcə bu keçicidir. Əsas məsələ nə zaman problemlərin aradan qaldırılmasıdır. Düşünürəm ki, Amerika bundan sonra bölgədə Türkiyənin maraqlarına uyğun hərəkət edəcək. ABŞ-la qardaş ölkənin bölgədə ortaq dil tapacaqlarını düşünürəm. Sadəcə bu məsələlərdə ciddi problemlər hələ ki var. Problemlərin həlli üçün də axtarışlar davam edir. Desək ki, problemlər tamamən həll olunub, bunun üçün çox erkən olar”.
Politoloq iki ölkə arasındakı münasibətlərin gələcəyini necə gördüyündən də söz açdı: "Ölkələr varsa, maraqlar, mənfəətlər də var. Bu baxımdan yaxşı və ya pis yöndə Türkiyə-Amerika münasibətləri davam edəcək. Onu unutmaq olmaz ki, Türkiyə bölgədə getdikcə güclənən ölkə halına gəlib. Əlbəttə, bu Amerikanın heç də xoşuna deyil. ABŞ bölgədə güclənmək istəyirsə, Türkiyə bu bölgədə gerçək mənada Birləşmiş Ştatların müttəfiqi sayıla bilər. Türkiyə həm də gerçək mənada bölgədə ən modern dövlətdir. Bunu hər kəs qəbul etmək zorundadır. Mənfəətlər varsa, toqquşmalar hər zaman olacaq. Amma yaxın zamanda iki ölkə arasında münasibətlərin yolunda gedəcəyini düşünürəm. Amerika bu cür qərarlarla Türkiyənin Rusiya ilə əlaqələrini zəiflədib rəsmi Ankara ilə daha yaxın olmağa da cəhd edə bilər. Bu da xarici siyasət baxımından normaldır. Amma unutmamalıyıq ki, Türkiyə son vaxtlar ölkələrarası münasibətlərdə dəngələri qoruya bilən dövlətdir. Öz maraqlarına görə hərəkət edir. Bu da Türkiyə diplomatiyasının, siyasətinin gücünü göstərir. Rəsmi Ankara eyni zamanda həm ABŞ-la, həm də Rusiya ilə əlaqələr qura bilər. Lakin onu unutmamaq gərəkir ki, dəfələrlə dediyim kimi Türkiyə-Rusiya münasibətləri Türkiyə-ABŞ münasibətlərindən kənar inkişaf etməlidir. Çünki Rusiya Türkiyənin böyük qonşusudur. Bu iki ölkənin sərhədləri var. Eyni zamanda, dövlətlərin hər birinin mənfəətləri var. Münasibətlər bu şəkildə davam edərsə, mənfəətlərdə Türkiyə ilə Rusiya işbirliyi qura bilər. Əks halda, bu rəqabət və sonunda toqquşmalara gətirib çıxara bilər. Onun üçün də Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması bir məcburiyyətdir. Bu bölgədə sülh üçün də çox vacibdir”.
"Yeni Müsavat”