Şəfəqə Doğru » Gündəm » Zavodda yanğın başlayıb

Zavodda yanğın başlayıb

Zavodda yanğın başlayıb

Gəncədə “Dəyirman zavodu” adlanan ərazidə yanğın başlayıb.

Teleqraf.az-a istinadla yayılan  xəbərdə bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

Məlumatda bilidirilir ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bir neçə hissəsi müxtəlif işlər üçün icarəyə verilib.