İranda baş verən zəlzələdə xəsarət alanların sayı artmaqda davam edir.
Shafaqadogru.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kermanşah vilayətinin Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Reza Moradi bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 646 olub.
Qeyd edək ki, hələlik ölənlər barədə məlumat verilməyib.
Xatırladaq ki, zəlzələ ötən gün saat 20:07 radələrində Kirmanşah vilayətinin qərbində 6,4 bal gücündə baş verib.