Şəfəqə Doğru » Gündəm » Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin müzakirəsi yekunlaşıb.

"Report”un verdiyi xəbərə görə, parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 mln. manat, xərclərini 25 190 mln. manat, büdcə kəsrini 2 022 mln. manat səviyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.