Fransadan sonra "sarı jiletlilər" nümayişi Monteneqroda da start götürüb.
Shafaqadogru.com xəbər verir ki, parlament qarşısına toplaşan aksiya iştirakçıları prezident iqaməhgahı və hökumət binasına doğru yeriyib. Demokratik Cəbhə və digər müxalif siyasətçilərin iştirakı ilə keçirilən nümayişdə insanlar millət vəkili Neboysa Medoyeviçin həbsinə etiraz edib.