Şəfəqə Doğru » Gündəm » Bakının mərkəzində tələbə öldürüldü - YENİLƏNİB

Bakının mərkəzində tələbə öldürüldü - YENİLƏNİB

Bakının mərkəzində tələbə öldürüldü - YENİLƏNİB

Shafaqadogru.com -un  məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Atatürk prospekti 2A ünvanında qeydə alınıb.

İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar oğlu Murquzov aralarında yaranmış mübahisə zəminində Azərbaycan Texniki Universitetinin tələbəsi, 18 yaşlı Elman Elyar oğlu Xəlilovu bıçaqlayaraq öldürüb.

Həyata keçirilən tədbirlər nəticəsində Rauf Murquzov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Azərbaycan Texniki Universiteti tələbənin qətli ilə bağlı açıqlama yayıb.

Məlumata görə, bıçaqlanaraq öldürülən 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu universitetin Nəqliyyat fakültəsinin II kurs tələbəsidir: "Bizdə olan qeyri-rəsmi məlumata görə, Elman uşaqlıq dostu Murquzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə dünən, istirahət günü universitetdən kənarda baş verib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Səlcuq Elçin, Şəfiqə