NAVİQASİYA

» » Belə gedərsə, başçı postunda 2 ilini tamamlaya bilməyəcək... - İDDİA
Belə gedərsə, başçı postunda 2 ilini tamamlaya bilməyəcək... - İDDİA
- Tarix: 26-dek-2018, 12:06 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 441
"Belə davam edərsə, Ziyəddin Əliyev Quba rayon İcra hakimiyyətinin başçısı postunda 2 ilini tamamlaya bilməyəcək". Bu sözləri DİA.AZ-a son zamanlar Ziyəddin Əliyevin barəsində şikayətlərin artdığını iddia edən məlumatlı mənbə bildirib.

Xatırladaq ki, Quba rayonu İH başçısı postu məlum hadisələr səbəbindən olduqca kritik mövqelərdən hesab olunsa da, Ziyəddin Əliyev yenə də "risqə getməyə" üstünlük verir. Bunu deyən məlumatlı mənbə iddia edir ki, hazırda Ziyəddin Əliyevdən ayrı-ayrı dövlət qurumlarına ünvanlanan müxtəlif xarakterli şikayət ərizələrinin hesabatı hazırlanır.

Mənbənin dia.az-a söylədikləri: "Bəlkə də bu barədə məlumatların yerli KİV-lərdə daha az işıqlandırılması yanlış qənaət formalaşdırır ki, Qubada qurdla quzu bir yerdə otlayır. Amma vəziyyət tamam fərqlidir və bu durum da artıq gərəkən qurumların diqqətini cəlb edib".

Belə gedərsə, başçı postunda 2 ilini tamamlaya bilməyəcək...

Bİldirək ki, Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.
Əmək fəaliyyətinə 1980-cı ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası” Layihə Kontorunda başlamışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984-1993-cü illərdə "Bakı Mühəndis Tikinti” Trestində mühəndis, böyük mühəndis, müdir, 1993-1998-ci illərdə "İnşa” Elm-İstehsalat Mərkəzinin direktoru, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti” Birliyində idarə rəisi, 2001-2002-ci illərdə "Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə "Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin "77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə "Azəryolservis” ASC-nin "81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis” fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

DİA.AZ-a danışan məlumatlı mənbənin sözlərindən belə aydın olur ki, əgər Ziyəddin Əliyev iş üslubun dəyişməzsə, o zaman onunla bağlı erkən gediş qərarı çıxarıla bilər.

İddia olunanlarla əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq... 

Oxşar xəbərlər