Şəfəqə Doğru » Gündəm » Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qohumları rayonda "hökmran"-lıq edir..İDDİA

Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qohumları rayonda "hökmran"-lıq edir..İDDİA

Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qohumları rayonda "hökmran"-lıq edir..İDDİA
Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu bəzi ixtisarlarla təqdim edirik. Şikayətçi Əliyev Raqif yazır:
Göyçay şəhəri Səməd Vurğun küçəsi ev 24 sakini Əliyev Vaqif Rafiq oğlu tərəfindən
MÜRCİƏT

Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus "Famil A” MMC 500 dən çox vətəndaşın maaş kartına sahib olub.Belə ki, işsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib və bu lahiyənin tenderinin məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış "Famil A” MMC qalibi olub. Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərində fəhlə kmi işlədilməsi adı ilə 500 çox vətəndaşa maaşlar yazılıb başçı tərəfindən mənimsənilmişdir.Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil Famil Bəkirovun cibindədir.Talan edilən pulun 90 % Mehdi Səlimzadəyə çatır.Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır anacaq nə iş var, nədəki adları işçi kimi yazılan şəxslərin maaşdan xəbələri yoxdur. 
Şikayətçi məktubunda bir çox başqa məqamlarada toxuraq məktunu bu cümlə ilə bitirir:"İcra başçısı Mehdi Səlimzadənin və yaxın qohumlarının etdikləri özbaşınalıqlardan Göyçay rayon sakinləri beziblər".
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və səhifəmizdə yayınlamağa hazırıq!
Teref.az