Yeni il ərəfəsində istər Bakıda, istərsə də bölgələrdə pirotexniki vasitələrin satışının
təşkil edilməsi ilə bağlı müzakirələr səngimək bilmir.
Yenicag.az xəbər verir ki, Azərbaycanda istehsalı qadağan edilən partlayıcı maddələrin ölkəmizə
hansı yolla gətirilməsi sual olaraq qalır.
Bu məsələyə Dövlət Gömrük Komitəsinin göz yumduğu isə istisna deyil və daha çox tənqid olunan
şəxs dövlət qurumunun sədri Səfər Mehdiyevdir.
Elə İTV-də "Halbuki” verilişinin aparıcısı Orxan Fikrətoğlu da bu fikirdədir. O, müəllifi olduğu
verilişdə ad çəkməsə də, hədəf olaraq gömrükçüləri göstərib. Görünən köyə nə bələdçi?