Şəfəqə Doğru » Gündəm » Muxtar Babayevi kimlər və necə aldadır?- 9 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nazirə xəyanəti

Muxtar Babayevi kimlər və necə aldadır?- 9 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nazirə xəyanəti

Muxtar Babayevi kimlər və necə aldadır?- 9 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nazirə xəyanəti
Keçən il çınqıl mədənlərində çalışan iş adamlarının kütləvi həbsi diqqəti bu sahəyə yönəltdi. Bu məsələ iyun ayında Göyçay çayının üzərindəki körpünün dayaqlarını sel sularının uçurmasından sonra aktuallaşmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydaların və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilmişdi.
Shafaqadogru.com Gündeminfo.az-a isdinadən bildirir.


Prokurorluq orqanlarını hərəkətə keçirən Göyçay çayının üzərindəki körpünün uçduğu günlərdə Azərbaycanda yerin təkindən istifadə sahəsində tənzimləməni həyata keçirəcək yeni qurum da yaradıldı.

Belə ki, prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılmasına dair fərman imzaladı. Fərmana görə, faydalı qazıntıların yerləşdiyi ərazilər istifadə üçün ayrılarkən bəzən mühafizə və təhlükəsizlik qaydalarına əməl edilmir, torpaqların dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin, avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsi nəzərə alınmır, müvafiq qurumlarla razılaşmalar aparılmır, rəylər, kommunikasiya xətləri barədə məlumatlar alınmır, coğrafi koordinatlar dəqiqləşdirilmir.

Yeni agentlik qeyd edilən halların aradan qaldırılması, ölkənin milli sərvətlərinin, mineral xammal bazasının qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində ciddi qayda yaradılması, qanunvericiliyin tələblərinə, müəyyən edilmiş normalara və standartlara dürüst əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yaradılıb.

Təəccüblü məqam ondan ibarətdir ki, bir neçə müəssisənin rəhbəri məsuliyyətə cəlb edilsə də, bu təqiblər sanki kampaniya xarakteri daşıdı və belə görünür ki, artıq səngiyib.

Maraqlıdır, görəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nədən Füzuli rayonunda "Mal bazarı”nın arxa tərəfində dövlət fond torpaqlarına aid olan ərazidən ekskovatorla qazıntı işlərini aparan işbazlar haqqında tədbir görülməsi üçün sərt addımlar atmır?

Qeyd edək ki, baş verənlərlə bağlı Nazirliyə və regional idarəyə məktubla müraciət etmişik. Nəticə barədə məlumat almaq üçün idarə ilə əlaqə saxlamışıq. İdarənin mənsubları sözügedən əraziyə baxış keçirərək faktın mövcudluğunu aşkarladıqlarını şifahi təsdiqləyiblər, həm də bildiriblər ki, orada görülən işlər dayandırılıb, təqsirkar müəyyən edildikdən sonra qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir. Amma məsələ burasındadır ki, idarə mənsubları məktubumuza rəsmi cavab verməyə tələsmirlər.

Əldə etdiyimiz məlumata görə, redaksiyaya belə cavab yazmağa hazırlaşırlar ki, guya lisenziyasız karxana fəaliyyəti göstərərək, yerin təkindən qanunsuz istifadə edən şəxsin (şəxslərin) kimliyi hələ müəyyən edilməyib.

Nə zor iş imiş öyrənmək! Bacarmırlarsa, biz ipucu verək: Öyrənmişik ki, həmin ərazidə yerin təkindən qanunsuz istifadə edən işbazlar xammalı Xocavənd qəsəbəsində yeni salınan 145 ailəlik qəsəbənin inşaat meydanına aparırlar.

Bəllidir ki, qəsəbənin salınması dövlət sifarişi əsasında həyata keçirilir. Deməli işlər şəffaf görülməli, inşaat üçün xammalın (qumun, çınqılın, gilin) haradan və kim tərəfindən gətirildiyi məlum olmalıdır. Axı bu təyinatla pul xərclənlir. Bircə inşaatçı şirkətdən soruşmaq qalır. Açıqlamasa, məsuliyyəti öz üzərinə götürməlidir. Bu bilgi 9 saylı ərazi idarəsi üçün yetərli olmasa, əlimizdəki başqa məlumatları da bölüşməyə hazırıq, amma oxucularımızın da gözü qarşısında. Tezliklə məlum olmalıdır ki, idarə rəhbərliyi hörmətli nazir Muxtar Babayevi aldadır, ya yox. İdarə rəisinin mübhəm hərəkətsizliyinin səbəbsiz olmamasını da təxmin etməyə əsaslar var.

Belə ki, ETSN 9 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Hacıyev ictimaiyyət arasında Nazirliyin vəzifədən kənarlaşdırılmış Aparat rəhbəri, adı çoxlu sayda qanunsuzluqlara rəvac verməkdə hallanan Rövşən Cəlilovun yaxın adamı kimi tanınır.


Muxtar Babayevi kimlər və necə aldadır?-
Muxtar Babayevi kimlər və necə aldadır?-
Muxtar Babayevi kimlər və necə aldadır?-
Muxtar Babayevi kimlər və necə aldadır?-
Muxtar Babayevi kimlər və necə aldadır?-