Şəfəqə Doğru » Gündəm » Paytaxtda məşhur şirkətin ofisi yarıldı - 11 min dollar apardılar

Paytaxtda məşhur şirkətin ofisi yarıldı - 11 min dollar apardılar

Paytaxtda məşhur şirkətin ofisi yarıldı - 11 min dollar apardılar
Azərbaycanın məşhur mebel şirkətinin ofisindən pul oğurlanıb. Şirkətin rəhbərliyi 11 min dollar pulu öz keçmiş əməkdaşının oğurlamasından şübhələnir.

Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

"Saloğlu" şirkətinin 35 yaşlı hüquqşünası Elvin Qurbanov Nərimanov RPİ-nin 17-ci polis bölməsinə müraciət edərək bildirib ki, yanvarın 8-dən 9-na keçən gecə firmanın Albert Aqarunov küçəsində yerləşən ofisindən 11 min ABŞ dolları məbləğində pul oğurlanıb.

Məlumata görə, oğru ofisə pəncərədən daxil olub.

Şirkət rəhbərliyi oğurluğa görə firmanın keçmiş işçisi - Kürdəmir rayon sakinindən (adı istintaq maraqlarına gözə çəkilmir-red.) şübhələnir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin oğurluqda iştirak edib-etmədiyini dəqiqləşdirir.

Qeyd edək ki, son dövrlərdə ayrı-ayrı müəssisələrin keçmiş əməkdaşları tərəfindən soyğuna məruz qalması halları artıb. Hüquq-mühafizə orqanları bu halların təkcə tamah məqsədilə deyil, həm də intiqam məqsədilə törədildiyini qeyd edirlər.