Şəfəqə Doğru » Gündəm » Qaz limiti yanvarın 8-də yenilənib – Abonentlər narazıdır

Qaz limiti yanvarın 8-də yenilənib – Abonentlər narazıdır

Qaz limiti yanvarın 8-də yenilənib – Abonentlər narazıdır

Yevlaxın Malbinəsi kəndinin sakinləri qaz sayğaclarının son oxunma tarixindən narazıdırlar. Söhbət ondan gedir ki, yanvarın 1-dən etibarən abonentlərə yeni limit verilməli olduğu halda, vətəndaşların ünvanına bildiriş yanvarin 8-də oxunan sayğaca əsasən gəlib. Yəni limiti keçən vətəndaşlar 8 günün sərfiyyatina görə hər kub üçün 10 yox, 20 qəpiklə ödəniş etməyə məcbur olublar.

Shafaqadogru.com xezerxeber.az-a istinadən bildirir ki, ilin əvvəlində abonentlərə qaz sərfiyyatı üçün yeni limit verilsə də, Yevlaxın Malbinəsi kəndinin bəzi sakinlərinə bu limit 8 gün gec verilib. Buna səbəb əraziyə nəzarət edən ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşının sayğac göstəricisini yanvarın 8-də oxumasıdır.

Sakinlər iddia edirlər ki, bu hal onların daha çox pul ödəməsinə səbəb olub. Çünki onlar 8 günə görə qazın hər kubu üçün 10 yox, 20 qəpikdən pul ödəməli olublar.

 

Sakinlərə göndərilən əksər bildirişlərdə son oxunma tarixi 8 yanvar olaraq göstərilib.

Məsələ ilə bağlı ”Azəriqaz” İstehsalat Birliyinin sözçüsü İbrahım Kərbalayev bildirdi ki, mexaniki tipli qaz sayğaclarında qeydiyyatın aparılması növbəti ildən etibarən 4 iş günü ərzində həyata keçirilir. 1, 2, 5 və 6 yanvar tarixləri qeyri-iş günü olduğundan ayın 8-də göstəricinin oxunması tam qanunidir.