Azərbaycanda 6 bankın kitabı birdəfəlik bağlanır... - ADLAR
- Tarix: 15-yan-2019, 11:24 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 404
Fiziki şəxslərin banklardakı əmanətlərinin tam şəkildə sığortalanması 50 gündən sonra, 4 mart 2019-cu ildə dayandırılacaq. Məlum olduğu kimi, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15 faizdən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3 faizdən çox deyil.

Cebhe.info xəbər verir ki, müddətin uzadılması gözlənilsə də, hələlik bununla bağlı aidiyyəti qurumlar rəsmi açıqlama yaymayıb. Bu məsələ daha bir məsələni, bankların bağlanmasını gündəmə gətirir. Məlumdur ki, bu gün bazarda kifayət qədər sağlam olmayan banklar var. Onların bazardan çıxmasının ekspertlər tərəfindən vacib olduğu vurğulansa da, rəsmi qurumlar bu, prosesi davam etdirmirlər.

İddia olunur ki, bankların bağlanması prosesi məhz sözügedən məsələnin, əmanətlərin tam şəkildə sığortalanması müddəti başa çatdıqdan sonra yenidən başlayacaq. Hazırda bu müddət azaldıqca, banklarda əmanətlərin də həcmində ciddi azalma müşahidə olunur. Vətəndaşlar əmanətlərini geri çəkməyə başlayıblar ki, bu da bankların onsuz da ağır olan durumunu daha da çətinləşdirir.

Cari ildə bankların bağlanması məsələsini gücləndirən ciddi arqumentlər mövcuddur və bu bazarın sağlamlaşdırılması üçün vacib addım kimi qiymətləndirilir. Bağlanacaq bankların siyahısı geniş olsa da, real namizədlər ili zərərlə başa vuran "MuğanBank”, "AG Bank”, "AmrahBank”, "AccessBank”, "Nikoil Bank” və "Bank VTB” daxildir. 

Oxşar xəbərlər