Şəfəqə Doğru » Gündəm » Polis məktəbində partlayış: 21 ölü, 87 yaralı

Polis məktəbində partlayış: 21 ölü, 87 yaralı

Polis məktəbində partlayış: 21 ölü, 87 yaralı

Kolumbiyanın Boqota şəhərinin polis məktəbində partlayış olub.

Shafaqadogru.com  xarici mediaya istinadən xəbər verir ki, baş vermiş partlayış nəticəsində 21 nəfər həyatını itirib, 87 nəfər yaralanıb.

Hadisə yerində işləyən polis minalanmış avtomobilin partladıldığını təsbit edib.

Kolumbiya baş prokuroru Nestor Humberto Martinez hücumun Xose Aldemar Royas Rodriges tərəfindən həyata keçirildiyini açıqlayıb. Məlumata görə, partlayışda 80 kq partlyacı maddə istifadə edilib.
İnsident terror aktı adlandırılıb.