Şəfəqə Doğru » Gündəm » HÜSEYNQULU BAĞIROVUN ƏTRAFINDA SARAY ÇEVRİLİŞİ – NAZİR YERİNDƏ DEYİL

HÜSEYNQULU BAĞIROVUN ƏTRAFINDA SARAY ÇEVRİLİŞİ – NAZİR YERİNDƏ DEYİL

HÜSEYNQULU BAĞIROVUN ƏTRAFINDA SARAY ÇEVRİLİŞİ – NAZİR YERİNDƏ DEYİL
Ölkə nazirliklərində uzun müddətdən bəri müavinlərin, şöbə müdirləri və digər rəsmilərin bir biri ilə nüfuz savaşı artıq adi hala çevrilib. 

Shafaqadogru.com 24saat-org-a istinadən xəbər verir ki, bu dəfə diqqət çəkilən məqam Ekologiya və Təbii Sərvətlər Nazirliyində nüfuz savaşının dərinləşməsi ilə bağlıdır. Belə ki, bu nazirlikdəki nüfuz savaşı haqda media üzərindən aparılan araşdırmalardan belə aydın olur ki, əsas oyunçular Hüseynulu Bağırovun əsas adamı, "qara kassası” kimi tanınan Aparat rəhbəri Rövşən Cəlilov, nazir müavini Rauf Hacıyev və qurumun Hüquq Şöbəsinin müdir əvəzi Teymur Şəkərəliyevdir.
Rauf Hacıyev-Rövşən Cəlilov qarşıdurması
Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş verənlər haqda mediada yayılan və nazirlik tərəfindən təkzib olunmayan məlumata görə Aparat rəhbəri Rövşən Cəlilovun son illər yüksəlməsi va nazir Hüseynqulu Bağırovla şəxsi münasibətlərinin isti olmasında istifadə edərək qurumda əsas söz sahiblərindən birinə çevrilib: "Rövşən Cəlilov bu gün nazirlikdə özünü Hüseynqulu Bağırovdan sonra ikinci şəxs kimi görür. Aparat rəhbərinin özünü nazir kimi aparması və bir çox məsələlərdə heç bir müavinlə hesablaşmaması isə digər məmurların narazılığına səbəb olub. Nazirin birinci müavini Firdovsi Əliyev Hüseynqulu Bağırovla yaxın olan şəxs olduğu üçün Rövşən Cəlilovun onunla hər hansı bir problemi yoxdur. Digər müavin Novruz Quliyev isə səssizcə öz vəzifəsini qorumaqla hər hansı bir qrupa qoşulmama prinsipini əsas tutub”.
Nazirliyin rəhbər şəxslərinin mövqeyi və qarşılıqlı münasibətləri haqqında danışan mənbə bildirir ki, nazirin Rauf Hacıyev adlı digər müavini ilə Rövşən Cəlilov arasında soyuq savaş başlayıb. Mənbə bu soyuq savaın başlama səəbini isə Aparat rəhbərinin özünü nazir kimi aparması və özünə yaxın dairələrdə Hüseynqulu Bağırovun "varisi” kimi çıxış etməsi, həmçinin Rauf Hacıyevin kurasiyasında olan işlərə onsuz müdaxilə edərək təkbaşına iş görməsidir.
Özünü nazir sayan Aparat rəhbərinin yüksəliş yolu
Rövşən Cəlilovun Rauf Hacıyevlə aralarında baş verən bu soyuq savaşda isə aparat rəhbərinə qarı ikinci bir cəbhənində açıldığı deyilir. Həmin cəbhəyə isə nazirliyin Hüquq Şöbəsinin müdir əvəzi Teymur Şəkərəliyevin başçılıq etdiyi iddia olunur. Mənbə danışarkən hər iki şəxsin Rövşən Cəlilovla problemli olmasının günahkarını ilk növbədə aparat rəhbərində gördüyünü bildirib. Çünki Rövşən Cəlilov vaxtı ilə nazirlikdə Meşələrin İnkşafı Departamenti direktoru işləyəndə belə artıq bir çox şəxslərlə açıq savaşa girmişdi. Həmin vaxt ölkənin səfalı, turizmə münasib rayonlarındakı meşə massivlərini kütləvi şəkildə iş adamlarına, məmurlara çox illlik müqavilələrlə satan Rövşən Cəlilov nazir Hüseynqulu Bağırovun yanında yaxşıca hörmətə minmişdi. Çünki İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu, Qax, Oğuz, Zaqatala, Balakən, Göygöl, Samux rayonlarındakı meşə massivlərinin çox illik satılmasından külli miqdarda qazanc əldə olunurdu. Sahibkar yaxud hansısa məmur nazirliyə dövlət rüsumunu köçürtməklə bərabər həm də Rövşən Cəlilovun haqqınında verməyə məcbur idi.Bu haqq isə yüksək məbləğdə vəsaitdən gedirdi. (Aparat rəhbərinin Meşələrin İnkişafı Departamentinin direktoru olduğu dövrlərdə satdığı meşə massivləri ilə bağlı tam təfsilatlı növbəti yazımızda təqdim edəcəyik)
Nazirlik daxilində mənbə axtarışı: kim kimdən yazdırır?
Dövlət meşələrinin satılması işlərindən yaxıca qazanclı çıxan Rövşən Cəlilov sonradan Hüseynqulu Bağırovun əmri ilə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin edildi. Məhz nazirlə isti münasibətlərin yaranması və özünün qurumda ikinci şəxs kimi hiss edən Rövşən Cəlilov digər müavinlərə, şöbə müdirlərinə artıq xor baxmağa başladı. Mediadakı məlumatlarda həmçinin bildirilir ki, Rövşən Cəlilov aparat rəhbəri təyin edildikdən sonra yenə də Meşələrin İnkşafı Departamentini əlindən buraxmadı. Həmin idarəyə təyin edilən Şakir İsmayılov məhz Rövşən Cəlilova bağlı şəxsdir. Aparat rəhbəri ilə Rauf Hacıyev arasında yaranan soyuq savaşla bağlı isə mənbə bildirir ki, "Rövşən Cəlilov dəfələrlə müavinin nəzarətindəki qurumlara özbaşına müdaxilə edərək orada öz diktəsini edib”. Bu isə Rauf Hacıyevin xoşuna gəlməyib. Əslində bu gün mətbuatda Aparat rəhbəri ilə bağlı yazılan məqalələrin araxasında Rauf Hacıyev dayandığı şaiyyəsini də məhz Rövşən Cəlilov yayıb. Çünki nazirlikdə onunla savaşa girən bir neçə şəxsdən biri məhz Rauf Hacıyevdir. Mənbə bildirir ki, Hüquq şöbəsi müdir əvəzi Teymur Şəkərəliyevin təsdiq edilməməsi işində də Rövşən Cəlilovun "barmağı” var. Çünki aparat rəhbəri həmin şöbəyə öz yaxın adamını təyin etdirmək istəyir.
Hüquq şöbəsinin rəhbərinin əlindəki dosye
Şöbə müdiri əvəzi ilə aparat rəhbərinin probleminin kökündə isə Rövşən Cəlilovun vaxtı ilə Meşələrin İnkşafının Departamenti direktoru işlədiyi vaxt bir çox şəxslərə "satdığı” meşə masivvlərinin bu gün sıradan çıxarılmasıdır. Belə ki, naziliklə bağlanan müqaviləyə görə sahibkar icarəyə götürdüyü meşə massivi ərazisində ağacları inkşaf etdirməli, yüngül konstruksiyalı bina tikməli və digər şərtlərə əməl etməlidir. Ancaq bu gün ölkənin turizm rayonlarındakı meşə massivlərində yerləşən obyktlərin əksəriyyəti bağlanmış müqavilənin şərtlərinə əməl etmirlər. Onlar lazım oland aağaclarıda kəsirlər, ağır formalı tikinti işləridə aparırlar. Bu sahibkarların bir çoxunun arxasında imknalı, sözü keçən məmurlıar dayansada bəzilərinə "krişalığı” məhz Rövşən Cəlilovun etdiyi deyilir. Bu sahibkarlar bağlı nazirliyiə çoxsaylı şikayətlərin olması, onların müqavilə şərtlərinə əməl etməməsi isə hüqu şöbəsini məcburən hərəkətə keçməyə vadar edir. Həmçinin bir çox meşə Təsərrüfat idarələrinin direktorlarınında qanunsuz əməlləri və meşə talanı ilə bağlı başlanmı araşdırmalar Teymur Şəkərəliyevlə Rövşən Cəlilovu üz-üzə qalmasına gətirib çıxardıb.

REDAKSİYADAN: YAZI İSTİNADLA DƏRC EDİLSƏ DƏ ADI ÇƏKİLƏN QURUM VƏ ŞƏXSLƏRİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ.