Şəfəqə Doğru » Gündəm » AZƏRBAYCANDA KLAN SAVAŞI – NAXÇIVAN BAKIYA QARŞI

AZƏRBAYCANDA KLAN SAVAŞI – NAXÇIVAN BAKIYA QARŞI

AZƏRBAYCANDA KLAN SAVAŞI – NAXÇIVAN BAKIYA QARŞI
Əsas mübarizəsi ölkənin təbii resurslarının yarıdan çoxuna nəzarət edən Naxçıvan klanı ilə Bakı-Şirvan klanı arasındadır.

Bəlli olduğu kimi, Azərbaycan siyasi və biznes elitasında 10 il öncəyədək Naxçıvan və Qərbi Azərbaycan qruplaşmaları üstün mövqeyə sahib olub. Ancaq 2003-cü ilin prezident seçkisindən sonra Qərbi Azərbaycan qruplaşmasının hakimiyyətdə mövqeyi tədricən azalmağa başladı. Mərhum prezident Heydər Əliyevin dövründəki rəsmi hökumət komandasının 20-dən artıq üzvü dəyişdirilib. Yeni simalar da əsasən fərqli bölgələrdən olub. İndi hakim elitada Bakı-Şirvan qruplaşmasının çəkisi artmaqdadır.Shafaqadogru.com 24saat.org-a istinadən xəbər verir ki, hakimiyyətdaxilindən sızan məlumatlara görə bəlli qruplar arasındakı mübarizə kritik həddə yaxınlaşır.
Bu gün regional klanlar arasında ölkənin maddi resurslarının yenidən bölüşdürülməsinin əsas mübarizəsi ölkənin təbii resurslarının yarıdan çoxuna nəzarət edən Naxçıvan klanı (aparıcı simaları Kəmaləddin Heydərov və Ramiz Mehdiyevdir) ilə Bakı-Şirvan klanı arasındadır. Bakı-Şirvan klanı kəmiyyət baxımından siyasi elitada üstünlük əldə etsə də, resurslara nəzarət paketi hələ də Naxçıvan klanın əlindədir. Dövlət büdcəsinin 70, ixracın 93, sənayenin isə 80 faizini təmin edən neft sektoru, əsas iqtisadi strukturlar Naxçıvan klanının nəzarətindədir.
Bakı-Şirvan qruplaşması isə maliyyə-bank sistemində nəzarət paketinə sahib çıxıblar, növbəti mərhələdə isə neft sektorunu hədəfləyiblər. Eyni zamanda Bakı-Şirvan klanı nisbətən aşağı səviyyəli postlara (icra başçıları, rayon prokurorlar, polis rəisləri və s.) öz kadrlarını yerləşdirməyə başlayıblar. Bu sektorda da uzun müddət Naxçıvan klanı aparıcı mövqedə olub. Son vaxtlara qədər yazılmamış bir qanun var idi, Naxçıvan əsilli məmur işdən çıxarılırdısa, onun yerini mütləq həmyerlisi tutmalıydı. Məsələn, Namiq Abbasovu Eldar Mahmudov, Əli Nağıyevi Füzuli Ələkbərov əvəzləyib. İndi bu "qanun” qüvvədən düşmüş sayılır. Bakı-Şirvan qrupu onların mövqelərinə ortaq olmaq, növbəti mərhələdə isə üstün mövqeyə çıxmaq niyyətindədir. Məsələn, Naxçıvan əsilli rayon prokurorlarını indi kütləvi şəkildə dəyişdirilir, onları qeyri-naxçıvanlılar əvəzləyir. Bununla belə, hər iki klan baş nazir postuna öz namizədini yerləşdirməyə iddialıdır.
Bu iki klan arasında rəqabət hələ ötən əsrin 70-ci illərində başlayıb. Uzun müddət Naxçıvan klanı öndə olub. 1988-ci ildə Qarabağ klanı önə çıxmağa səy göstərib. 1990-cı ildə isə Bakı-Şirvan klanı revanş götürüb. Ancaq 1993-cü ildən Naxçıvan klanı nəinki mövqeyini bərpa edib və rəqiblərini, xüsusilə də Bakı klanını küncə sıxıb. 2003-cü ildən başlayaraq isə yenidən Bakı-Şirvan klanı əks-hücuma keçib. Hakimiyyət daxilindəki gərginliyin əsas qaynağı da elə budur. Qruplar rəqibinin istənilən büdrəməsindən belə faydalanmağa çalışır və heç kim güzəşt haqqında düşünmür ki, bu da təbidir. Çünki resursların yenidən bölüşdürülməsi bir qayda olaraq çox ağrılı keçir.
Xüsusilə o halda ki, proseslər qaydasız döyüş səhnələrini xatırladır və hamı qurşaqdan aşağı zərbə vurmaq üçün fürsət gözləyir.