Şəfəqə Doğru » Gündəm » Gürcüstan prezidenti Trampla görüşmək istəyir

Gürcüstan prezidenti Trampla görüşmək istəyir

Gürcüstan prezidenti Trampla görüşmək istəyir
Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, amerikalı həmkarı Donald Trampla görüş keçirmək istəyir. FaktXəbər bildirir ki, bu barədə Gürcüstanın "Birinci" kanalı məlumat yayıb.

Məlumata görə, Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxın günlərdə görüş keçirməyi planlaşdırır. Salome Zurabişvili isə bu görüşdən əvvəl Trampla bir araya gəlmək niyyətindədir.

"Bizim üçün ən başlıcası odur ki, buna qədər ABŞ prezidenti ilə görüşmək imkanı yaranıb. Gürcüstan tərəfi görüşə ən ağrılı məsələlərə öz baxışlarını təqdim etməlidir",-deyə Zurabişvili əlavə edib.