Şəfəqə Doğru » Gündəm » Əli Həsənovun səhhətində problem yarandı

Əli Həsənovun səhhətində problem yarandı

Əli Həsənovun səhhətində problem yarandı
Baş nazirin müavini Əli Həsənovun səhhətində problem yaranıb. Shafaqadogru.com  unikal-a istinadən xəbər verir ki, Ə.Həsənov müayinə olunmaq üçün bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gedib.

Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, Şöbə müdiri Əhməd Memiş Ə.Həsənovu müayinə edib. Müayinədən sonra nazir müavininin böyrəklərində, ödündə və digər orqanlarında problemlərin olduğu aşkarlanıb.
Ə.Həsənov səhhətində yaranan narahatlığa görə, bir müddət müalicə alacaq.