Şəfəqə Doğru » Gündəm » Abşeronda bankomatı oğurlamaq istədilər – Cinayət

Abşeronda bankomatı oğurlamaq istədilər – Cinayət

Abşeronda bankomatı oğurlamaq istədilər – Cinayət

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Shafaqadogru.com Teleqraf.com-a isdinadən xəbər verir ki, Abşeron rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının ə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.