Şəfəqə Doğru » Gündəm » "Yalvarırıq, bu zavodun bağlanmasına imkan verməyin, bizə kömək edin" - Pambıq zavodunun 200 işçisi

"Yalvarırıq, bu zavodun bağlanmasına imkan verməyin, bizə kömək edin" - Pambıq zavodunun 200 işçisi

"Yalvarırıq, bu zavodun bağlanmasına imkan verməyin, bizə kömək edin" - Pambıq zavodunun 200 işçisi
"MKT İstehsalat Kommersiya" MMC-nin Ucar filialı - Pambıqtəmizləmə Zavodunun martın 1-də bağlanacağı xəbərdarlığə zovdun 200 işçisinin ölkə rəhbərliyinə müraciət etmələrinə səbəb olub.

Bu barədə zavod işçiləri Mia.az-a bildirib ki, artıq 200 işçiyə zavodun bağlanma xəbəri ilə bağlı xəbərdarlıq məktubu göndərilib: 

"Bu qədər insanın başqa bir yerdən bir qəpik gəliri yoxdur. 200 nəfərdən çox işçiyik. Biz bundan sonra ailəmizi necə dolandıracağıq, bilmirik. Bir günün içində 200 nəfərlə sağollaşmaq nə deməkdir? Deyirlər, bölgələrdə hamı işlə təmin olunub. Nəinki insanlar işlə təmin edilib, əksinə, işi olanlar da bizim kimi ixtisara gedir. Biz "MKT-Ucar" filialının 200 işçisi çıxılmaz bir vəziyyətlə üzləşmişik”.

Şikayətçilər deyirlər ki, 2019-cu il yanvarın 25-də hər bir işçiyə MKT İstehsalat Kommersiya MMC-nin baş direktoru Rövşən Həsənov xəbərdarlıq məktubu göndərib: "Həmin məktubda deyilir ki, bizim "MKT İK" MMC ilə qarşılıqlı razılaşma əsasında 2019-cu il yanvarın 31-dək uzadılan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilib. Bununla əlaqədar hesablanmış son haqq-hesab məbləği əmək haqqı hesabınıza köçürüləcək. Sonda da xahiş ediblər ki, əmək kitabçamızı almaq üçün filialın kadrlar şöbəsinə yaxınlaşaq.

Rəhbərlik bizə bir neçə gün sonra dedi ki, yuxarıdan göstəriş verildi ki, zavod fəaliyyətini dayandırmayacaq, işləyəcək. Ondan bir müddət keçəndən sonra isə bildirdilər ki, zavod martın 1-də fəaliyyətini dayandıracaq. Zavodun fəaliyyətinin dayandırılmasına heç bir əsas yoxdur. Prezidentin xüsusi göstərişi ilə pambıqçılığın sürətlə inkişaf etdirildiyi bir vaxtda fəaliyyəti zəruri olan böyük bir zavodun qəfil bağlayıb, 200 nəfər zəhmətkeş işçini çörəksiz qoyurlar. Bu 200 nəfər işçinin evində 5 ailə üzvünü də hesaba alanda, 1000 nəfər insanın çörəksiz qoyulması nə dərəcədə doğrudur? Bu, soyqırım deyilmi? Yalvarırıq, "MKT-Ucar" filialının bağlanmasına imkan verməyin, bizə kömək edin”.