Şəfəqə Doğru » Gündəm » Moskvada Xocalı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər saxlanıldı - Fotolar

Moskvada Xocalı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər saxlanıldı - Fotolar

Moskvada Xocalı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər saxlanıldı - Fotolar
Moskvada Xocalı soyqırımı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər saxlanılıb.

Fevralın 26-da bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə flaşmob etməyə cəhd edib. Lakin Moskva polisi buna imkan verməyib.

Belə ki, Moskva ali məktəblərində təhsil alan bir qrup azərbaycanlı gənc paytaxtın mərkəzi küçələrində avtoyürüş təşkil ediblər. Məqsəd Xocalı soyqırımının ildönümü ilə bağlı Moskva ictimaiyyətinin diqqətini cəlb etmək olub. Paytaxt polisi Azərbaycan bayraqları və Xocalı soyqırımı ilə bağlı şüarları ilə bəzədilən avtomobilləri saxlayıb. Aksiyada iştirak edən gənclər yaxınlıqdakı polis şöbələrinə aparılıb.

Saxlanılanlar arasında olan azərbaycan əsilli Rusiya vətəndaşları artıq buraxılıblar. Lakin Azərbaycan vətəndaşlarının bir qismi hələ də polis bölmələrində saxlanıldığı barədə məlumatlar var.

Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev açıqlamasında baş vermiş hadisə barədə məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, bu gün Moskva ali məktəblərində təhsil alan bir qrup azərbacanlı gənc aksiya keçirməyə cəhd edib: "Lakin azərbaycanlı gənclərin avtomobil karvanı polis tərəfindən saxlanılıb. Həmyerlilərimiz insidentin baş verdiyi ərazidəki polis bölmələrinə aparılıblar. Təxminə 25 nəfər azərbaycanlı gənc saxlanılıb. Onlardan Rusiya vətəndaşı olan həmyerlilərimiz sərbəst buraxılıb. Azərbaycan vətəndaşı olan gənclər isə hələ də polis bölmələrində saxlanılır. Sabaha kimi onların da sərbəst buraxılması gözlənilir"/ONA.AZ
 
Moskvada Xocalı soyqırımı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər saxlanılıb -YENİLƏNİB | Foto qalereya
Moskvada Xocalı soyqırımı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər saxlanılıb -YENİLƏNİB | Foto qalereya
Moskvada Xocalı soyqırımı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər saxlanılıb -YENİLƏNİB | Foto qalereya