Şəfəqə Doğru » Gündəm » Azərbaycanda polis orqanlarına 3000 uşaq gətirilib - Səbəbi...

Azərbaycanda polis orqanlarına 3000 uşaq gətirilib - Səbəbi...

Azərbaycanda polis orqanlarına 3000 uşaq gətirilib - Səbəbi...
Ötən il ərzində Azərbaycanda hüquq mühafizə orqanları 450 azyaşlının avaralıq və dilənçiliklə məşğul olduğunu müəyyən ediblər.

2018-ci il ərzində polis orqanlarına 3000 azyaşlı gətirilib.

Onlar valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qaldıqlarına, habelə qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına gətirilib. Həmin şəxslərin 450-si avaralıq və dilənçiliklə məşğul olan azyaşlı olub.

Onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.