Rusiyada inqilab yalnız bu ölkə ciddi hərbi məğlubiyyətə məruz qalan zaman mümkün ola bilər.
Bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı jurnalist Arkadi Babçenko söyləyib. Onun sözlərinə görə, hazırda Rusiyaya qarşı heç bir təhdid mövcud deyil:
"Rusiyada sovet bataqlığı hələ də davam edir. Əgər çar uduzsa, inqilab olacaq. Donbas müharibəsi hələ Rusiya tərəfindən nə udulub, nə də uduzulub. Səddam Hüseyn də bir zamanlar sanksiyalar altında çox oturub, insanları səfalət səviyyəsinə gətirib çıxardı”.