Filippində bu il ərzində qızılcadan ölənlərin sayı 355-ə çatıb.
Shafaqadogru.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında məlumat verilib.
Ümumilikdə, 25 min 676 nəfərdə qızılca aşkarlanıb. Onların əksəriyyəti isə 5 yaşından kiçik uşaqlardır.
Bütün uşaqların peyvənd olunması üçün ailələrə çağırış edilib.