Şəfəqə Doğru » Gündəm » Arıqlamaq üçün bir stəkan kifayətdir

Arıqlamaq üçün bir stəkan kifayətdir

Arıqlamaq üçün bir stəkan kifayətdir
Qarın və yan nahiyələrdə toplanan yağlar metabolizmin tədricən zəifləməsinin nəticəsidir. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yağ yandırıcı kokteylin köməyi ilə vəziyyətdən çıxa bilərsiniz. Hər səhər bu içkidən cəmi 1 stəkan için və arzuladığınız yastı və düz qarına sahib olun.

Bu içkinin tərkibinə daxil olan inqrediyentər dərhal diqqəti cəlb edir. Şirin meyvlərin  göyərti ilə vəhdəti həzm sisteminə kömək edir. Səhər acqarına bir stəkan kokteyl içmək metabolizmi xeyli sürətləndirir və onun orqanizmə təsir effekti bir gün davam edir.

Arıqlamaq üçün bu koktyel ən yaxşı vasitələrdən biridir.
 
Kokteylin resepti belədir:

İnqrediyentlər:
 
300 qram ispanaq
3 kərəviz saplağı 
1 banan
1 alma
1 armud
Su 0,5stəkan

Hazırlanması:

Bütün inqrediyentləri blenderlə qarışdırın. İstəyə görə kokteylə bir çimdik darçın və ya zəncəfil tozu əlavə etmək olar, bu ədviyyatlar içkinin təravətli dadını xüsusilə vurğulayacaq.