Şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.
Qeyd edək ki, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Türkiyənin Qars vilayəti Ermənistan sərhədində yerləşir.
Shafaqadogru.com Müdafiə Nazirliyinə istinadən həmin təlimlərin fotolarını təqdim edir:





