Şəfəqə Doğru » Gündəm » "Putin Türkiyə, Ermənistan və Azərbaycandan da bunu tələb edib..."

"Putin Türkiyə, Ermənistan və Azərbaycandan da bunu tələb edib..."

"Putin Türkiyə, Ermənistan və Azərbaycandan da bunu tələb edib..."

Mixail Saakaşvili Rusiya lideri Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə onun Ukrayna vətəndaşlığının bərpa edilməsi haqqında təklifini şərh edib.

Saakaşvili Putinin səmimiliyinə inanmadığını deyib.

"Putin 2017-ci ilin dekabrında keçirilən mətbuat konfransında Poroşenkodan tələb edirdi ki, məni Ukraynadan qovsun. Poroşenko bunu bir ay sonra gerçəkləşdirdi. Məhz Putin Poroşenkodan məni öz andiçməsinə dəvət etməməyi tələb edirdi. İndi Putinin nümayəndələri vasitəçilərlə Zelenskidən təkcə mənim vətəndaşlığımın bərpasını yox, həm də mənim Ukraynaya buraxılmamağımı istəyirlər. Eyni tələbi Putin təkcə Gürcüstan hökumətinə qarşı səsləndirməyib. 

O, bunu həmçinin Türkiyə, Ermənistan və Azərbaycandan da tələb edib. Mənim məlumatıma görə, o, bunu Türkiyə prezidenti ilə 2016-cı ildə keçirilən görüşü zamanı müzakirə edib” (Axar.az)