Şəfəqə Doğru » Gündəm » Hesablama Palatasının bəzi səlahiyyətləri əlindən alınır

Hesablama Palatasının bəzi səlahiyyətləri əlindən alınır

Hesablama Palatasının bəzi səlahiyyətləri əlindən alınır

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 7-də keçirilən iclasında "Hesablama Palatası haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.

Oxu.Az xəbər verir ki, qanuna təklif olunan dəyişikliyə əsasən, Hesablama Palatasının fəaliyyət istiqaməti genişləndirilir, bəzi hüquqları isə ləğv edilir.

Belə ki, Palatanın fəaliyyət istiqamətləri ilə bağlı qanunun 6.0.2-ci bəndinə təklif olunan dəyişikliyə görə, Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək.

 

Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.

Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi hüquqları ləğv edilir.

Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU