Azərbaycan multikulturalizmi tolerantlıq prinsiplərinə sadiqliyin əyani nümunəsidir.
Shafaqadogru.com milli.az-a istinadən xəbər verir ki, "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə heyətinin Ermənistandan olan üzvü, ictimai fəal Rima Sarkisova Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynləlxalq konfransda bildirib.
O, konfransda çıxışı zamanı Bakıdan ayrıldığı üçün millətçi erməniləri lənətləyib. Emosiyalarını saxlaya bilməyən Rima Sarkisova ağlayaraq "Azərbaycan mənim vətənimdir” deyib.
Qeyd edək ki, konfransa Ermənistandan gəlmiş digər nümayəndələr də qatılıblar.
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə keçirilən konfransda Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar və ictimaiyyət nümayəndələri iştirak edirlər.