Kamran Həsənliyə cinayət işi açıldı? - Açıqlama
10-03-2016, 16:37 1 137Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Bu barədə hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
Faktla bağlı Nərimanov Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Kamran Həsənli isə Axar.az-a açıqlamasında bu xəbərin yalan olduğunu deyib:
"Yalandır. Mənə qarşı heç bir cinayət işi açılmayıb. Bunu indi sizdən eşitdim”.