Şəfəqə Doğru » Gündəm » Rusiya ilə İran arasında gərginlik –Hələlik Suriyada...

Rusiya ilə İran arasında gərginlik –Hələlik Suriyada...

Rusiya ilə İran arasında gərginlik –Hələlik Suriyada...
Ötən həftə Rusiyanın hərbi polisinin Suriyada İrana arxalanan döyüşçülərə qarşı reydi Rusiya ilə İran arasında gərginlik yaradıb.

Nəticədə, yaraqlıların bir neçə lideri həbs edilib.

2011-ci ildə Suriya müharibəsinin başlanmasından bəri Rusiya və İran o ölkədə hərbi mövcudluğunu gücləndirib.

İran İnqilab Qvardiyasının minlərlə əsgərini Suriyaya göndərib. Rusiya isə 2015-ci ildən etibarən Əsəd rejiminə dəstək məqsədi ilə Suriyaya qoşun yeridib.

Lakin ərazilərin rəqib qüvvələrin əlindən alınması ilə müharibənin zəifləməsindən sonra bu ölkələr Suriyada nüfuzunu saxlamağa çalışır.

Bunabənzər insidentlər son iki il ərzində bir neçə dəfə müşahidə edilib. Güc mübarizəsi Suriyanın müxtəlif bölgələrində ölümcül qarşıdurmalara səbəb olub.

Müşahidəçilər hesab edir ki, güc mübarizəsi Rusiya və ya İrana sadiqlik göstərən Suriya ordu liderləri arasındakı fikir ayrılıqlarının nəticəsidir.

Rusiya və İran arasında Suriyada strateji tərəfdaşlıq bu kimi narazılıqları ötür. Rusiyanın ərazilərin saxlanmasında İranın gücündən asılılığı vəziyyəti daha da mürəkkəbləşdirib.

Təhlilçilərin fikrincə, İran və Rusiyanın müharibənin başlanğıcı dövründən daha geniş ərazilərə nəzarət etməsi ilə hər iki ölkə iqtisadi imkanlar marağını artırıb.

2018-ci ildə Rusiya Suriyanın neft və qazının eksklüziv satışı imkanını əldə edib.

Rusiya bundan əlavə Tartus liman şəhərinin 49 illik istifadəsinə dair saziş imzalayıb.

İran isə Latakiya liman şəhərinin qismən istifadəsinə nail olub.

Hər iki ölkə Suriyadakı iqtisadi inhisarını uzatmağa çalışır. Belə ki, onlar müharibə dövründə Suriya rejimini böyük məbləğli kreditlərlə təmin edib.

Amerikanın Səsi